Ana Sayfa > Manşet / Gündəm > Bakı və Ankara İrəvanı təşvişə saldı:
Bakı və Ankara İrəvanı təşvişə saldı:29-07-2020, 17:39. Yazar: sevinc1 |
![]() İşğalçı Ermənistanın hakimiyyəti Türkiyə və Azərbaycanın birgə hərbi təlimlərindən necə həyəcanlanıbsa, iki gündür davamlı şəkildə görüşlər keçirir, ora-bura vurnuxur. aia.az Musavat.com-a istinadən xəbər verir ki, Müdafiə naziri David Tonoyan Fransanın İrəvandakı səlahiyyətli səfiri Conatan Lakotla görüşüb. Görüş zamanı iki ölkə arasındakı əlaqələrlə yanaşı, regional təhlükəsizlik, o cümlədən Türkiyə-Azərbaycan birgə hərbi təlimləri müzakirə mövzusu olub. İşğalçı ölkənin Müdafiə naziri Qarabağdakı vəziyyət, o cümlədən Azərbaycanla sərhəddə baş verənlər barədə fransız səfiri məlumatlandırıb və təbii ki, şikayətlənib. Qonşu ölkənin ərazilərini işğalda saxlayan ordunun başında duran nazir həyasızcasına ATƏT-in Minsk Qrupunun, BMT Təhlükəsizlik Şurasının, Avropa İttifaqının və NATO-nun üzvü olan Fransanın regional sabitlik və təhlükəsizliklə bağlı rolundan danışıb. Tonoyan Azərbaycan və Türkiyənin birgə keçirdiyi hərbi təlimlərdən bəhs edərkən həyəcanını ört-basdır etməyə çalışsa da, bu məsələyə xüsusi diqqət ayırması əks effekt yaradıb. Qeyd edək ki, erməni nazir ötən gün Rusiyanın İrəvandakı səfirinin yanına qaçaraq Bakı-Ankara hərbi əməkdaşlığından şikayətlənmişdi. Diqqət çəkən məsələ budur ki, Rusiya-Ermənistan birgə hərbi təlimlərinə Bakıdan olduqca soyuqqanlı reaksiya verilir. Erməni tərəf isə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığından, türkiyəli hərbçilərin və hərbi texnikasının İrəvanın 40 km-liyinə - Naxçıvana gətirilməsindən dərhal sonra təşviş içində həmsədr ölkələrin səfirlərinin qapısını kəsdirib. Ötən gün ABŞ-ın İrəvandakı səfiri ilə də görüş keçirilib. aia.az Geri dön |