Ana Sayfa > Dünya > Çində son sutkada 101 koronavirusa yoluxma halı qeydə alınıb

Çində son sutkada 101 koronavirusa yoluxma halı qeydə alınıb


29-07-2020, 09:35. Yazar: sevinc1
Çində son sutkada 101 koronavirusa yoluxma halı qeydə alınıb


Son sutka ərzində Çində 101 aktiv, 27 asimptomatik yeni koronavirusa yoluxma aşkar edilib.

Trend-in məlumatına görə, bu barədə Çinin Dövlət Səhiyyə Komitəsinin rəsmi saytında bildirilib.

Məlumata əsasən, aktiv hallardan 98-i ölkə daxilində qeydə alınıb: 89-u Sincan Uyğur Muxtar Rayonunda, 9-i şimal-şərqdə yerləşən Lyaonin əyalətində, biri paytaxt Pekində.

Əvvəlki gün ərzində ğlkədə 68 aktiv, 34 asimptomatik yoluxma halı aşkarlanıb. Ümumilikdə Çində 4 634 nəfər koronavirusun qurbanı olub, 84 060 aktiv yoluxma hadisəsi baş verib.


aia.az
Geri dön