Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Azərbaycanda daha 396 nəfər koronavirusa yoluxdu, 558 nəfər sağaldı, 6 nəfər öldü
Azərbaycanda daha 396 nəfər koronavirusa yoluxdu, 558 nəfər sağaldı, 6 nəfər öldü27-07-2020, 16:52. Yazar: sevinc1 |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 396 yeni yoluxma faktı qeydə alınıb, 558 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 30 446 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 23 242 nəfər müalicə olunaraq sağalıb, 423 nəfər vəfat edib, 6 781 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 838, ötən müddət ərzində isə ümumilikdə 690 386 test aparılıb. aia.az Geri dön |