Ana Sayfa > Karusel / Dünya > Daha 201 azərbaycanlı Moskvadan Bakıya gətirildi
Daha 201 azərbaycanlı Moskvadan Bakıya gətirildi26-07-2020, 21:56. Yazar: sevinc1 |
Azərbaycanın Milli aviadaşıyıcısı 26 iyul tarixində daha bir çarter reysi ilə Moskvadan "COVID-19" koronavirus pandemiyası səbəbindən Rusiyada qalmış soydaşlarımızı qaytarıb. AZAL-dan AİA.Az-a verilən məlumata görə, sözügedən reys ilə 201 nəfər soydaşımız Azərbaycana gətirilib. Reysə "COVID-19" testinin mənfi nəticəsini bildirən arayış təqdim edən sərnişinlər buraxılmışdır. Bakıya gəldikdən sonra bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar. Xatırladaq ki, çarter reysləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanmış plana əsasən həyata keçirilir. AİA.Az Geri dön |