Ana Sayfa > Ölkə / Parlament > Lerikdə meşədə yanğın olub

Lerikdə meşədə yanğın olub


26-07-2020, 21:50. Yazar: sevinc1
Lerikdə meşədə yanğın olub


Lerik rayonunun Vistən kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə (Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Gürdəsər meşəbəyliyinin 8 saylı dolayı) 5 ha sahədə sıx kollar, qurumuş ağaclar və qismən ağaclar yanıb.

AİA.Az FHN-ə istinadən xəbər verir ki, meşə zolağı yanğından mühafizə olunub.

Yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Lerik Rayon İcra Hakimiyyətinin müvafiq texnikaları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları və yerli sakinlər cəlb olunub.

AİA.Az
Geri dön