Ana Sayfa > Qərbi Azərbaycan / Dünya > Monqolustanda bu xəstəliyə görə müddətsiz karantin elan edildi
Monqolustanda bu xəstəliyə görə müddətsiz karantin elan edildi26-07-2020, 21:47. Yazar: sevinc1 |
Monqolustan bubonik vəba xəstəliyinə yoluxan vətəndaşına görə ölkədə qeyri-müəyyən müddətə karantin elan edib. AİA.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, 39 yaşlı Uliastay sakini yüksək temperatur, əzələ və baş ağrıları şikayəti ilə xəstəxanaya müraciət edib. O, bir həftə əvvəl qunduz əti yediyini bildirib. Həmin heyvanlar isə adətən bubonik vəba xəstəliyinin daşıyıcıları olurlar. Hazırda xəstə izolyasiya olunub. Onun ünsiyyətdə olduğu 9 nəfər də özünütəcrid rejimində saxlanılır. AİA.Az Geri dön |