Ana Sayfa > Ölkə > 25-26 iyulda koronavirus testlərinin cavabları səhv göndərilib

25-26 iyulda koronavirus testlərinin cavabları səhv göndərilib


26-07-2020, 12:12. Yazar: sevinc1
25-26 iyulda koronavirus testlərinin cavabları səhv göndərilib


25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta ilə əlaqədar yanlışlıq olub.

AİA.Az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumat yayıb.

Bildirilir ki, qeyd edilən tarixlərdə its.gov.az portalından SMS-lə mesaj alan şəxslərdən rica edirik ki, testin nəticəsini nəzərə almasınlar:

"27 iyul tarixindən başlayaq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcəkdir. Sistemdə baş verən texniki xətaya görə üzr istəyirik".

AİA.Az
Geri dön