Ana Sayfa > İdman / Dünya > Xavi Ernandes koronavirusa yoluxdu

Xavi Ernandes koronavirusa yoluxdu


25-07-2020, 15:57. Yazar: sevinc1
Xavi Ernandes koronavirusa yoluxdu


İspaniya millisinin və “Barselona klubunun sabiq yarımmüdafiəçisi Xavi Ernandes koronavirusa yoluxub.

AİA.Az xəbər verir ki, bu barədə o, İnstaqram hesabında yazıb.

“Bir neçə gün əvvəl koronavirus infeksiyası ilə bağlı verdiyim test nəticələrim müsbət çıxdı. Xoşbəxtlikdən yaxşıyam. Bununla belə, xəstəlik keçib gedənədək karantin şəraitində qalacam. Həkimlərin icazəsindən sonra gündəlik işimə qayıdacam”.

Qeyd edək ki, Xavi Ernandes hazırda Qətərin “Əl-Sədd” klubunun baş məşqçisidir.

AİA.Az
Geri dön