Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Azərbaycanda daha 332 nəfər koronavirusa yoluxdu, 573 nəfər sağaldı, 9 nəfər öldü
Azərbaycanda daha 332 nəfər koronavirusa yoluxdu, 573 nəfər sağaldı, 9 nəfər öldü24-07-2020, 17:17. Yazar: sevinc1 |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 332 yeni yoluxma faktı qeydə alınıb, 573 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 29 312 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 21 547 nəfər müalicə olunaraq sağalıb, 400 nəfər vəfat edib, 7 365 xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 037, ötən müddət ərzində isə ümumilikdə 667 819 test aparılıb. aia.az Geri dön |