Ana Sayfa > Qərbi Azərbaycan > ÜST:
ÜST:24-07-2020, 15:45. Yazar: sevinc1 |
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa qarşı təsirli peyvəndin ancaq 2021-ci ildə istifadəyə verilə biləcəyini açıqlayıb. Bu barədə "Hürriyet” məlumat yayıb. ÜST-ün fövqəladə hallar şöbəsinin müdiri Mayk Rayan peyvənd yaradılması prosesində irəliləyişin əldə olunduğu qeyd edib. Lakin təşkilat rəsmisi 2021-ci ilin əvvəllərinə qədər peyvəndin tətbiqinə başlanmasını gözləməməyi tövsiyə edib. "Realist olsaq, gələn ilin əvvəlində insanların peyvənd olunduğunu görə biləcəyik”, - deyə, Mayk Rayan bildirib. aia.az Geri dön |