Ana Sayfa > İdman / Aia TV / Karusel > "İnter" və "Milan" rəhbərləri görüş keçiriblər

"İnter" və "Milan" rəhbərləri görüş keçiriblər


17-03-2016, 10:07. Yazar: admin


Bu il Çempionlar Liqasının finalına ev sahibliyi edəcək "san Siro" stadionunun rekonstruksiya olunması planlaşdırılır. Aia.az goal.az-a istinadən xəbər verir ki, bununla əlaqədar ev oyunlarını sözügedən arenada keçirən "Milan" və "İnter" nümayəndələri martın 15-də bir araya gəliblər. Görüş media mənsublarına bağlı keçib. Təkcə o məlumdur ki,"Milan"ın icraçı direktoru Barbara Berluskoni "İnter"li həmkarı Mikael Bolnqbrokla növbəti həftə yenidən görüşməyi qərar alıblar.

"San Siro" 1926-cı ilin sentyabrında istifadəyə verilib. Onun tamaşaçı tutumu 80 018 nəfərdir. Arena sonuncu dəfə 1990-cı ildə rekonstruksiya olunub. Milanın 7-ci zonasında yerləşən stadionda 2001-ci il Çempionlar Liqasının finalı keçirilib.
Geri dön