Ana Sayfa > Ölkə > Paytaxtın bu yolunda hərəkət məhdudlaşdırılacaq

Paytaxtın bu yolunda hərəkət məhdudlaşdırılacaq


23-07-2020, 17:22. Yazar: sevinc1
Paytaxtın bu yolunda hərəkət məhdudlaşdırılacaq


Aparılacaq təmir işləri ilə əlaqədar iyulun 23-dən 24-nə keçən gecədən etibarən Bakının Nizami küçəsinin Kövkab Səfərəliyeva və Yusif Səfərov küçələri arasında yerləşən hissəsində hərəkət məhdudlaşdırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən aia.az-a verilən məlumata görə, məhdudlaşdırma təmir işləri bitənədək qüvvədə olacaq.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Agentlik yarana biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyir.

aia.az
Geri dön