Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda daha 347 nəfər koronavirusa yoluxdu, 531 nəfər sağaldı, 6 nəfər öldü
Azərbaycanda daha 347 nəfər koronavirusa yoluxdu, 531 nəfər sağaldı, 6 nəfər öldü23-07-2020, 16:48. Yazar: sevinc1 |
![]() Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 347 yeni yoluxma faktı qeydə alınıb, 531 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 28 980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 20 974 nəfər müalicə olunaraq sağalıb, 391 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 615 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 829, ötən müddət ərzində isə 658 782 test aparılıb. aia.az Geri dön |