Ana Sayfa > Karusel / Parlament > Ermənistanın Azərbaycanla sərhəddə yaralanan hərbi qulluqçusu ölüb
Ermənistanın Azərbaycanla sərhəddə yaralanan hərbi qulluqçusu ölüb23-07-2020, 15:48. Yazar: sevinc1 |
Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla sərhəddə baş verən qarşıdurma zamanı yaralanan bir hərbi qulluqçunun öldüyünü açıqlayıb. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, iyulun 14-də ağır yaralanan 2001-ci il təvəllüdlü Artur Muradyan Ermənistan Müdafiə Nazirliyinin mərkəzi klinik hərbi xəstəxanasında dünyasını dəyişib. Qeyd edək ki, Azərbaycan rəsmiləri daha öncəki çıxışlarında Ermənistan tərəfinin itkiləri gizlətdiyini və zamanla bir-bir açıqlayacaqlarını bildirmişdilər. aia.az Geri dön |