Ana Sayfa > Təhsil > Təhsil Nazirliyi işə qəbul üçün hazırlanan suallar ilə bağlı iddialara cavab verdi

Təhsil Nazirliyi işə qəbul üçün hazırlanan suallar ilə bağlı iddialara cavab verdi


23-07-2020, 11:16. Yazar: sevinc1
Təhsil Nazirliyi işə qəbul üçün hazırlanan suallar ilə bağlı iddialara cavab verdi


Sosial mediada son vaxtlar çox istifadə olunan müəllimlərin işə qəbulu müsabiqəsinə hazırlıq kurslarının rəhbərləri və müəllimlərinin “Sualı mən yazmışam” iddiası Təhsil Nazirliyi tərəfindən şərh ediləcək məsələ deyil.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, həmin şəxslərin bu çərçivəyə əsasən suallar hazırlaması o sualların mütləq Təhsil Nazirliyinin sual bazasında olacağı anlamına gəlmir:

"Onlara inanıb-inanmamaq isə insanlardan məsələyə tənqidi yanaşma tələb edir. Ədəbiyyat siyahısına gəldikdə isə, “Hüquqi savadlılıq” hissəsi ilə bağlı bütün məsələlər təhsil qanunvericiliyi sənədlərində əks olunmuşdur ki, bu sənədlər də ictimaiyyət üçün açıqdır. Onların xüsusi külliyyatını yaratmağa hazırda ehtiyac yoxdur. “Fənn kurikulumunun tətbiqi” bölümü müəllim hazırlığı ilə məşğul olan ali və orta ixtisas məktəblərində 2010-cu ildən etibarən tədris edilir, bu barədə xeyli sayda məqalə və monoqrafiyalar vardır, müxtəlif nəşriyyatlar tərəfindən vəsaitlər hazırlanıb. Ali məktəb məzunu yaxşı bilir ki, eyni mövzu ətrafında nə qədər çox və müxtəlif elmi-metodik ədəbiyyat oxuyarsa, məzmunu bir o qədər yaxşı və dərindən anlayar. “

aia.az
Geri dön