Ana Sayfa > Karusel / Səhiyyə > ÜST:

ÜST:


22-07-2020, 09:11. Yazar: sevinc1
ÜST:


Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 213 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyulun 21-i saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 213 637 nəfər yeni koronavirusa yoluxub, 4 083 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 14 562 550, ölənlərin isə 607 781 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 7 702 075 yoluxma və 311 569 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 3 103 674, ölənlərin sayı isə 207 958 nəfərə çatıb.

Üçüncü yeri Cənub-Qərbi Asiya regionu tutur, burada ümumilikdə 1 478 141 yoluxma və 35 121 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

aia.az
Geri dön