Ana Sayfa > Qərbi Azərbaycan > Daha bir həkim koronavirusa yoluxdu

Daha bir həkim koronavirusa yoluxdu


21-07-2020, 22:24. Yazar: sevinc1
Daha bir həkim koronavirusa yoluxdu

Pandemiya ilə mübarizə aparan daha bir həkim koronavirusa yoluxub.
AİA.Az axşam.az-a istinadən bildirir ki, bu haqda həkimin yaxınları sosial şəbəkədə məlumat yayıb. Bildirilib ki, virusun ölkəmizdə yayıldığı ilk günlərdən mübarizə aparanlardan biri olan Elçin Həmzəlioğlu Masallı və Astara xəstəxanalarında reanimasiya şöbələrində çalışıb:

"Onun necə savadlı həkim və gözəl insan olduğunu Masallı əhli və tibb işçiləri yaxşı bilir. TƏBİB və Səhiyyə Nazirliyinin diqqətini Elçin həkimin müalicəsinə yönəltmək istəyirik".

AİA.Az
Geri dön