Ana Sayfa > Dünya > Lavrov Azərbaycan və Ermənistan səfirləri ilə sərhəddəki vəziyyəti müzakirə etdi
Lavrov Azərbaycan və Ermənistan səfirləri ilə sərhəddəki vəziyyəti müzakirə etdi21-07-2020, 18:06. Yazar: sevinc1 |
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyanla işgüzar səhər yeməyi zamanı Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edib. Bu barədə Trend TASS-a istinadən məlumat verir. Görüş zamanı Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsi, Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşməsi, ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərin gücləndirilməsinin perspektivləri müzakirə edilib. aia.az Geri dön |