Ana Sayfa > İqtisadiyyat > Salyanda bu günə kimi 349 tondan çox yun istehsal olunub
Salyanda bu günə kimi 349 tondan çox yun istehsal olunub21-07-2020, 13:05. Yazar: sevinc1 |
Salyanın qoyunçuluq təsərrüfatlarında yun qırxımı yekunlaşmaq üzrədir. Rayon Statistika İdarəsinin rəisi Elnur Hüseynov bildirib ki, hazırda rayonun qoyunçuluq təsərrüfatlarında 186 min 767 baş qoyun-keçi bəslənilir ki, bu da ötən ildəkindən 31 baş çoxdur. Xeyli vaxtdır ki, rayonun qoyunçuluq təsərrüfatlarında yun qırxımı aparılır. Fermerlər indiyədək bəslədikləri qoyundan ümumilikdə 349.2 ton yun götürüblər. Hər qoyundan orta hesabla 1,5 kiloqram yun qırxılır. Rayonda fəaliyyət göstərən “Qırxçıraq” qoyunçuluq təsərrüfatında nəticə daha yüksək olub. Qoyunçular bəslədikləri 250 baş ana qoyunun hər birindən 1,6 kiloqram yun qırxmaqla 400 kiloqram yun tədarük ediblər. aia.az Geri dön |