Ana Sayfa > Qərbi Azərbaycan > Nadir Zeynalov:

Nadir Zeynalov:


20-07-2020, 18:14. Yazar: sevinc1
Nadir Zeynalov:




Koronavirus epidemiyasının ilkin mərhələsində onun fəsadları o qədər də çox deyildi. Xəstələrin sayı az olduğundan onlar xəstəxanaya götürülürdü, müalicəyə də çox ehtiyac duyulmurdu. Hazırda isə yoluxanların sayı olduqca çoxdur və bu da xəstələr üçün əlavə yükdür.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.

Onun sözlərinə görə, simptomu olmayan insan xəstəxanaya gələrsə, xəstəxanaya ehtiyac olan şəxslərin yerləşdirilməsində problem yarana bilər. Ona görə də simptomsuz şəxslərin ev şəraitində saxlanması daha məqsədəuyğundur. Xəstəxanaya yalnız ağır xəstələr gətirilməlidir. Əks halda, xəstəxanalarda yer qıtlığı yarana bilər. Ev şəraitində müalicə olunan şəxslər də nəzarət altındadır. Həmin şəxslərdən də iltizam götürülüb və onların evdən çıxmasına qadağa qoyulub".

aia.az
Geri dön