Ana Sayfa > Təhsil > DİM:
DİM:20-07-2020, 17:28. Yazar: sevinc1 |
İndiyədək keçirilən imtahanlarda hər hansı mənfi hal və virusa yoluxma qeydə alınmayıb. Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. Onun sözlərinə görə, pandemiya şəraitində imtahanların keçirilməsi ilə bağlı təlimatlar hazırlanıb: “İndiyədək keçirilən imtahanlar da həmin təlimatlara uyğun keçirilib. Bu imtahanlarda 143 minə yaxın şəxs iştirak edib”. X.Xanlarzadə qeyd edib ki bu il imtahanlar lokallaşdırılmış qaydada keçirilib: “Əvvəl imtahanlar əsasən şəhər mərkəzlərində keçirilirdi. İndi isə imtahanlar kütləviliyin azaldılması üçün bütün rayon və şəhərlərdə keçirilib. Bu da 220-250 nəfərin imtahanda iştirak etməsinə imkan verib”. aia.az Geri dön |