Ana Sayfa > Gündəm > Elçibəy Raquf Orucovu Türkiyəyə göndərməyib -
Elçibəy Raquf Orucovu Türkiyəyə göndərməyib -20-07-2020, 12:00. Yazar: sevinc1 |
![]() "Dünən bəzi internet saytlarında qəhrəman şəhidlərimiz Raquf Orucov və Polad Həşimov haqqında 1992-ci ildə Türkiyə Cumhuriyyətinə hərbi təhsil almağa göndərilməsi barədə əsassız xəbər və video paylaşılıb". Bunu Azvision.az -a açıqlamasında şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova deyib. Şəhidin xanımı bildirib ki, Raquf Orucov 1992-ci ildə Özbəkistanda sovet ordusundakı xidmətini yarımçıq qoyaraq Azərbaycana gəlib, doğma yurdu Ağdamın müdafiəsinə qoşulub. "Şəhid Milli Qəhrəmanımız Allahverdi Bağırovun batalyonunda xidmət edib. 1993-cü ildə anası erməni işğalçıları tərəfindən şəhid edildikdə Raquf ön xətdə döyüşlərdə olub. Döyüşlərdə yaralanıb və atəşkəs elan olunduqdan sonra Bakı Ali Hərbi Komandirlər Məktəbinə daxil olub. 2003-2005-ci illərdə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təhsil alıb. Çox maraqlıdır, kimə lazımdır əsası olmayan bu cür məlumatlar paylaşmaq? Raquf Orucov 4 ildir şəhid olub, ilk dəfədir belə saxta məlumat eşidirik. Videoda kimin Raquf olduğunu necə təsdiqləyə bildiniz? Raquf sizin dediyiniz vaxtda Ağdamda Vətənin müdafiəsində iştirak edib. Xahiş edirəm, şəhidlərimiz haqqında qeyri-dəqiq informasiyalar paylaşmayaq, ailəsi olaraq verilən informasiyanı təkzib edirik. Şəhidlərimizin ruhu şad olsun!", - deyə S.Orucova vurğulayıb. Qeyd edək ki, bəzi KİV-lərdə şəhid general-mayor Polad Həşimov və polkovnik-leytenant Raquf Orucovun 1992-ci ildə Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəy tərəfindən Türkiyəyə hərbi təhsil almağa göndərilməsi barədə məlumatlar yayılıb. aia.az Geri dön |