Ana Sayfa > İdman > "Alaves" - "Barselona" oyununda 5 qol vuruldu

"Alaves" - "Barselona" oyununda 5 qol vuruldu


19-07-2020, 22:13. Yazar: sevinc1
"Alaves" - "Barselona" oyununda 5 qol vuruldu



Futbol üzrə İspaniya La Liqasının sonuncu - 38-ci turun oyunlarına start verilib.

AİA.Az AZƏRTAC-a istinadən bildirir ki, çempionatda gümüş medalların artıq təmin edən "Barselona" sonuncu turda səfərdə "Deportivo Alaves" komandasının qonağı olub.

Görüş Kataloniya təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb - 5:0.

"Barselona"nın heyətində Ansu Fati, Lionel Messi (2), Nelson Semedu və Luis Suares fərqləniblər.

"Barselona" 38 tura 82 xal, "Deportivo Alaves" isə 39 xal toplayıb.

Turun son 9 oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

AİA.Az
Geri dön