Ana Sayfa > Karusel > İlham Rəhimov 7 aylıq şəhid oğlunu himayəyə götürdü

İlham Rəhimov 7 aylıq şəhid oğlunu himayəyə götürdü


19-07-2020, 22:10. Yazar: sevinc1
İlham Rəhimov 7 aylıq şəhid oğlunu himayəyə götürdü


Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimov şəhidimiz Elşad Məmmədovun 7 aylıq övladı Məhəmmədi 18 yaşınadək himayəyə götürüb.

Bu barədə "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğluna şəhidin atası Dönməz Məmmədov bildirib. Məlumata görə, bunun üçün Ağdam kəndinə özünün xüsusi nümayəndəsini göndərən İlham Rəhimovun bu qərarı ailə başçısına elan edilib, bunun mexanizmi müzakirə edilib.
İlham Rəhimov şəhidimizin ailəsinin bundan sonra qarşılaşacağı problemlərin həllinə də öz dəstəyini göstərəcək.

Xatırladaq ki, bu gün Tovuz rayon Ağdam kənd sakini, baş əsgər kimi hərbi xidmətdə olan Elşad Məmmədovun qəhrəmancasına şəhid olmasından 7 gün keçir.


Geri dön