Ana Sayfa > Təhsil > Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev virtual platforma üzərində müşavirə keçirib

Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev virtual platforma üzərində müşavirə keçirib


17-07-2020, 17:12. Yazar: sevinc1
Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev virtual platforma üzərində müşavirə keçirib


17.07.2020-ci il tarixdə ümumi təhsil sahəsində 2019-2020-ci tədris ilinin yekunu və növbəti tədris ilinə hazırlıq mövzusunda Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyevin, müdir müavinin, aparıcı məsləhətçilərin, metodiki mərkəzin əməkdaşlarının və məktəb direktorlarının iştirakı ilə virtual platforma üzərində müşavirə keçirilmişdir.

Keçirilmiş müşavirəyə Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin məsləhətçisi Elçin Kərimov da qoşularaq rayonun təhsil işçilərinə öz tapşırıq və tövsiyyələrini ünvanlamışdır.

Görüşdə 2019-2020-ci tədris ilində görülmüş işlər, qazanılmış uğurlar və nöqsanlar müzakirə edilmişdir. Həmçinin 2020-2021-ci tədris ilinə hazırlıqla bağlı məsələlər müzakirə mövzusu olmuşdur.

aia.az






Geri dön