Ana Sayfa > Siyasət > AŞPA həmməruzəçiləri Minsk Qrupu çərçivəsində Qarabağ münaqişəsi üzrə sülh danışıqlarını bərpa etməyə çağırır

AŞPA həmməruzəçiləri Minsk Qrupu çərçivəsində Qarabağ münaqişəsi üzrə sülh danışıqlarını bərpa etməyə çağırır


17-07-2020, 13:21. Yazar: sevinc1
AŞPA həmməruzəçiləri Minsk Qrupu çərçivəsində Qarabağ münaqişəsi üzrə sülh danışıqlarını bərpa etməyə çağırır


Avropa Şurası Parlament Assambleyası (AŞPA) Ermənistan və Azərbaycan arasında atəşkəs rejiminin pozulması nəticəsində baş verən insan itkilərindən narahatlığını bildirib.

Trend-in məlumatına görə, bu barədə AŞPA-nın həmməruzəçiləri Kimmo Kiljunen, Stefan Şennak və Rocer Qeylin birgə bəyanatında deyilir.

Məruzəçilər bəyanatda tərəfləri vəziyyətin gərginləşdirəcək ritorikadan çəkinməyə və təmkinli olmağa çağırıb.

AŞPA həmməruzəçiləri hər iki ölkəni həmsədrlərin 15 iyul bəyanatlarında da göstərildiyi kimi ATƏT-in Minsk Qrupu çərçivəsində sülh danışıqlarını bərpa etməyə çağırır: sülh prosesinə əlverişli bir atmosfer yaratmaq, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar aparmaq və ATƏT müşahidəçilərinin bölgəyə qayıtmasını təmin etmək.

aia.az
Geri dön