Ana Sayfa > İdman > "Real" 34-cü dəfə İspaniya çempionu oldu

"Real" 34-cü dəfə İspaniya çempionu oldu


17-07-2020, 08:49. Yazar: sevinc1
"Real" 34-cü dəfə İspaniya çempionu oldu


Madridin "Real" komandası vaxtından əvvəl futbol üzrə İspaniya çempionu oldu.

Trend-in məlumatına görə, 37-ci turun matçında komanda Kərim Benzemanın dublu sayəsində evdə "Villarreal"ı 2:1 hesabı ilə məğlub etdi və ikinci yerdə olan "Barselona" üçün əlçatmaz oldu.

"Real" mövsümün sonuna 1 tur qalmış 86 xal toplayıb, "Barselona"nın aktivində 79 xal var.

Kataloniya klubu paralel matçda "Osasuna"ya məğlub oldu (1:2).

Madridlilər 2016/17 mövsümündən bəri ilk dəfə çempion oldu. Bu titul "Real" Madrid üçün 34-cü olub.

aia.az
Geri dön