Ana Sayfa > Manşet / Gündəm > Könüllü hərbi xidmət üçün müraciət edənlərin hamısı qeydiyyatdadır -

Könüllü hərbi xidmət üçün müraciət edənlərin hamısı qeydiyyatdadır -


16-07-2020, 15:08. Yazar: sevinc1
Könüllü hərbi xidmət üçün müraciət edənlərin hamısı qeydiyyatdadır -


Bizə müraciət edənlərin hamısı qeydiyyatdadır.

Bunu bu gün keçirilən mətbuat konfransında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov deyib.

Onun sözlərinə görə, bu gün vətəndaşın gəlib müraciət etməsinə ehtiyac yoxdur: "Hazırda xidmət iyul ayı üzrə çağırışları davam etdirir. Çağırışçılar Operativ Qərargahın tapşırıqlarına riayət olunmaqla çağırışa cəlb edilir və hərbi hissələrə göndərilir. Hərbi hissəyə daxil olan çağırışçı nəzarətə götülrülür, yoxlanılır və karantin müddətində saxlanılır. Çağırış yerləri, çağırışçıların daşındığı nəqliyyat vasitələri dezinfelsiya edilir. Əgər hansısa çağırışçıda xətəlik aşkarlanarsa dərhal nəzarətə götürülür".



aia.az
Geri dön