Ana Sayfa > Karusel / Dünya > Ərdoğan və Tramp arasında telefon danışığı baş tutub

Ərdoğan və Tramp arasında telefon danışığı baş tutub


15-07-2020, 10:42. Yazar: sevinc1
Ərdoğan və Tramp arasında telefon danışığı baş tutub


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trump ilə telefon danışığı aparıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr İdarəsindən bildirilib.

Məlumata əsasən, tərəflər ikitərəfli münasibətləri müzakirə ediblər, həmçinin Liviya böhranına diqqəti yetirərək bölgədəki hadisələr haqqında fikir mübadiləsi aparıblar.

Liderlər qarşılıqlı ticarəti 100 milyard dollara çatdırmağın zəruriliyi barədə razılığa gəliblər.

Dövlət başçıları Liviyada davamlı sabitliyin bərqərar olması üçün müttəfiqlər kimi sıx işləməyə razılıq verdilər.

aia.az
Geri dön