Ana Sayfa > Karusel / Parlament > Şəhid general dəfn olundu -
Şəhid general dəfn olundu -15-07-2020, 10:25. Yazar: sevinc1 |
Ötən gün Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov son mənzilə yola salınıb. Azvision.az xəbər verir ki, general-mayorun cənazəsi İkinci Fəxri xiyabana gətirilib. Xiyabanda orkestrin iştirakı ilə dövlət himni səsləndirilib, havaya yayılım atəşi açılıb. Daha sonra şəhid dəfn olunub. Qeyd edək ki, general-mayor Polad İsrayıl oğlu Həşimov 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndindən anadan olub. Sumqayıt şəhərində yaşayıb. P.Həşimov Aprel döyüşlərində də iştirak edib. O, göstərdiyi şücaətə görə təltif olunub. aia.az Geri dön |