Ana Sayfa > Gündəm > SHXÇDX:

SHXÇDX:


14-07-2020, 17:31. Yazar: sevinc1
SHXÇDX:


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) mobil telefon nömrələrinə səfərbərlik çağırışı ilə əlaqədar SMS göndərilməsi ilə bağlı məlumatlara münasibət bildirib.

Xidmətdən aia.az-a bildiriblər ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar yaranmış vəziyyətdən sui-istifadə edən naməlum mənbədən bəzi vətəndaşların mobil telefon nömrələrinə səfərbərlik çağırışı ilə bağlı SMS göndərilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəsmi olaraq bildirir ki, cəmiyyətdə çaşqınlıq yarada biləcək belə məzmunlu məlumatlar həqiqətə uyğun deyil. Xidmət vətəndaşları daha diqqətli olmağa və yalnız rəsmi məlumatlara istinad etməyə çağırır.



aia.az
Geri dön