Ana Sayfa > Karusel / Gündəm > Müdafiə Nazirliyi:
Müdafiə Nazirliyi:14-07-2020, 16:11. Yazar: sevinc1 |
![]() Düşmənə məxsus olan pilotsuz uçan aparat - PUA vurulub və artilleriya qurğusu döyüş heyəti ilə birlikdə məhv edilib. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı aia.az-a məlumat verib. Onun sözlərinə görə, bu dəqiqələrdə Ermənistan silahlı qüvvələrinə məxsus PUA vurulub və düşmənin atəş mövqeyində yerləşən artilleriya qurğusu döyüş heyəti ilə birlikdə bölmələrimizin sərrast atəşi ilə məhv edilib: "Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələrinə məxsus növbəti PUA-nın guya vurulması barədə yayılan məlumata gəldikdə isə bildiririk ki, bu dezinformasiyadır, həqiqəti əks etdirmir və Ermənistan Müdafiə Nazirliyi rəsmisinin öz uydurmasıdır. Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və heç bir itki yoxdur". aia.az Geri dön |