Ana Sayfa > Siyasət > Britaniya İcmalar palatası:
Britaniya İcmalar palatası:14-07-2020, 12:36. Yazar: sevinc1 |
Ermənistanın təcavüzü Dağlıq Qarabağ münaqişəsini daha da gücləndirir. Trend-in məlumatına görə, bu barədə iyulun 13-də Böyük Britaniya Parlamentinin İcmalar palatasına təqdim olunan "Azərbaycana qarşı erməni təcavüzü haqqında" 717 nömrəli sənəddədeyilir. İcmalar Palatası qeyd edir ki, iyulun 12-də Ermənistanın törətdiyi təcavüz aktları Ermənistanın Dağlıq Qarabağ və 7 ətraf rayona nəzarət etməsi səbəbindən Azərbaycanla yaranan silahlı qarşıdurmanı daha da artırıb. İcmalar Palatası Britaniya hökumətini Ermənistanın sülh prosesinə ciddi maneə olan və beynəlxalq hüququ, habelə 1994-cü ildə imzalanmış atəşkəsi rejimini pozan hərəkətlərini pisləməyə çağırır. aia.az Geri dön |