Ana Sayfa > Karusel / Səhiyyə > Dünyada sutka ərzində 190 minə yaxın koronavirusa yoluxma halı qeydə alınıb

Dünyada sutka ərzində 190 minə yaxın koronavirusa yoluxma halı qeydə alınıb


14-07-2020, 09:48. Yazar: sevinc1
Dünyada sutka ərzində 190 minə yaxın koronavirusa yoluxma halı qeydə alınıb


14 iyul səhər saatlarına olan məlumata görə dünyada yeni növ koronavirusa yoluxanların sayı 13 070 097 nəfərə yüksəlib.

Tred-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Con Hopkins Universitetinin hesabatında deyilir.

Sutka ərzində aşkarlanan yoluxma hallarının sayı 190 minə yaxın olub.

Ümumilikdə COVİD-19 virusundan 572 428 nəfəri vəfat edib, 7.2 milyon nıfır isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (3 346 mindən çox) və Braziliyada (1 864 mindən çox) qeydə alınıb. Bu göstəricilərə görə üçüncü yerdə Hindistan (878,2 min), dördüncü yerdə isə Rusiya (737 min) gəlirlər. Koronavirusdan ən çox ölüm sayı ABŞ-da baş verib (135 605).

aia.az
Geri dön