Ana Sayfa > Karusel / Parlament > Ermənistan Naxçıvan istiqamətində də atəşkəs rejimini kobudcasına pozub
Ermənistan Naxçıvan istiqamətində də atəşkəs rejimini kobudcasına pozub13-07-2020, 17:10. Yazar: sevinc1 |
![]() Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 12-si saat 22:45-dən etibarən iyulun 13-ü saat 00:40-dək iriçaplı silahlardan da istifadə etməklə Şahbuz və Culfa rayonları istiqamətində müdafiə olunan müvqelərimizi atəşə tutub. Müdafiə Nazirliyindən aia.az-a verilən məlumata görə, düşmənin atəşkəs rejimini pozması zamanı əsasən izburaxan və yandırıcı mərmilərdən istifadə etməsi ara boşluğunda olan 5 hektara qədər ərazinin yanması ilə nəticələnib. Düşmən cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır. aia.az Geri dön |