Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Azərbaycanda daha 529 nəfər koronavirusa yoluxdu, 547 nəfər sağaldı, 7 nəfər öldü

Azərbaycanda daha 529 nəfər koronavirusa yoluxdu, 547 nəfər sağaldı, 7 nəfər öldü


13-07-2020, 16:55. Yazar: sevinc1
Azərbaycanda daha 529 nəfər koronavirusa yoluxdu, 547 nəfər sağaldı, 7 nəfər öldü



Azərbaycanda 529 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 547 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə aia.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər isə vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 24 570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 15 640 nəfər müalicə olunaraq sağalıb, 313 nəfər vəfat edib, 8 617 xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 015, ötən müddət ərzində isə ümumilikdə 576 249 test aparılıb.

aia.az
Geri dön