Ana Sayfa > Manşet > İtki verən düşmən geri otuzdurulub, şəhidlərimiz var

İtki verən düşmən geri otuzdurulub, şəhidlərimiz var


12-07-2020, 17:40. Yazar: sevinc1
İtki verən düşmən geri otuzdurulub, şəhidlərimiz var



Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən AİA.Az-a verilən məlumata görə, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub.

Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!

AİA.Az
Geri dön