Ana Sayfa > Manşet / Ölkə > Ermənistanla sərhəddə döyüş başlayıb, hər iki tərəfdən itki var

Ermənistanla sərhəddə döyüş başlayıb, hər iki tərəfdən itki var


12-07-2020, 17:11. Yazar: sevinc1
Ermənistanla sərhəddə döyüş başlayıb, hər iki tərəfdən itki var



İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AİA.az-a verilən məlumata görə, hər iki tərəfdən itki var:

"Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

İctimaiyyətə əlavə məlumat veriləcək".

AIA.Az
Geri dön