Ana Sayfa > Karusel / Ölkə > Ermənilər Qarabağ meşələrini kütləvi şəkildə qırır

Ermənilər Qarabağ meşələrini kütləvi şəkildə qırır


11-07-2020, 14:49. Yazar: sevinc1
Ermənilər Qarabağ meşələrini kütləvi şəkildə qırır


Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazilərində meşələrin qırılması davam edir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ötən gün Kəlbəcər-Vardenuis yolunun 2-ci kilometrliyində yük maşını sürücüsü saxlanılıb. Ermənistanın Tavuş vilayətindən olan sürücü işğal altındakı Kəlbəcərin Çərəktər kəndi yaxınlığında meşə sahəsindən kəsdiyi 13 kubmetr odunu satış üçün Yerevana aparan zaman saxlanılıb.

Hazırda işğal altındakı ərazilərdə meşə sahələri nəzarətsiz şəkildə kəsilir və quru meşə odunu Ermənistana, oradan isə İran və s. ölkələrə satışa göndərilir.

AİA.Az


Geri dön