Ana Sayfa > Manşet / Ölkə > İyulun 20-dən sonra karantin uzadılacaq?

İyulun 20-dən sonra karantin uzadılacaq?


11-07-2020, 14:47. Yazar: sevinc1
İyulun 20-dən sonra karantin uzadılacaq?


"Ayın 20-dən sonra tədbirlər epidemioloji sanitar vəziyyət araşdırıldıqdan sonra veriləcək".

Bunu Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, hər bir yoluxucu xəstəliyin xüsusiyyəti onun insandan insana yoluxması ilə baş verir.
"Onun qarşısını almaq üçün zənciri qırmaq lazımdır. Karantin rejimin sərtləşdirilməsi barədə qərarı yoluxma artdığı üçün verilmədi. Yoluxma ilə sağalanlar arasında fərqi stabilləşdirmək üçün karantin rejiminin tətbiqi qaçılmaz idi.

Biz virusla yaşamağı öyrənməyə məcburuq. Daima sərt karantində yaşaya da bilmərik. Vətəndaşlara doğru və keyfiyyətli tibbi xidmət göstərmək, eləcə də çarpayı sayından düzgün istifadə üçün karantin rejimi barədə qərar verilib".

AİA.Az
Geri dön