Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanın xaricdə xidmət aparan hərbçisi koronavirusa yoluxub

Azərbaycanın xaricdə xidmət aparan hərbçisi koronavirusa yoluxub


10-07-2020, 17:55. Yazar: sevinc1
Azərbaycanın xaricdə xidmət aparan hərbçisi koronavirusa yoluxub


Azərbaycanın Əfqanstanda sülhməramlı qüvvlər tərkibində xidmət aparan bir hərbçisinin koronavirusa yoluxması qeydə alınıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərərgahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, həmin hərbçi nəzarətə götürülüb və digər hərbçilər xidmətlərini davam etdirir.

PA rəsmisi həmçinin Azərbaycanın xarici ölkələrdəki diplomatik korpuslarında da yoluxmanın qeydə alındığı müşahidıə edilib.

Onun sözlərinə görə, Azərbaycanın Meksika və Moldovada olan səfirliklərin əməkdaşları arasında yoluxma halları var. H.Hacıyuev bildirib ki, buna baxmayaraq səfirlikər öz fəaliyyətlərini davam etdirir.

aia.az
Geri dön