Ana Sayfa > İdman > Avropa Liqasının püşkü atıldı:
Avropa Liqasının püşkü atıldı:10-07-2020, 16:16. Yazar: sevinc1 |
Avropa Liqasının 2019/20-ci llər mövsümünün Almaniyada təşkil olunacaq final mərhələsinin püşkatma mərasimi keçirilib. Oxu.Azxəbər verir ki, 1/4 və 1/2 final mərhələlərinin, həmçinin, final matçının püşkü atılıb. Koronavirus pandemiyası üzündən Avropa Liqasının 1/8 final mərhələsi martda yarımçıq dayandırıldığından, püşkatmada səkkiz cüt iştirak edib. 1."Volfsburq” (Almaniya) – "Şaxtyor” (Ukrayna) cütünün qalibi /"Ayntraxt” (Almaniya) – "Bazel” (İsveçrə) cütünün qalibi 2.LASK (Avstriya) – "Mançester Yunayted” (İngiltərə) cütünün qalibi /"Başakşəhər” (Türkiyə) – "Kopenhagen” (Danimarka) cütünün qalibi 3."İnter” (İtaliya) – "Xetafe” (İspaniya) cütünün qalibi / "Reyncers” (Şotlandiya) – "Bayer” (Almaniya) cütünün qalibi 4. "Olimpiakos” (Yunanıstan) – "Vulverhempton” (İngiltərə) cütünün qalibi/ "Sevilya” (İspaniya) – "Roma” (İtaliya) cütünün qalibi 1/2 final 5. 4-cü cütün qalibi –2-ci cütün qalibi 6. 3-cü cütün qalibi –1-ci cütün qalibi Final 5-cicütün qalibi - 6-cıcütün qalibi Qeyd edək ki, 1/8 final mərhələsinin cavab oyunları avqustun 5-6-da olacaq. Almaniyanın Köln, Duysburq, Düsseldorf və Qelzenkirxen şəhərlərində baş tutacaq 1/4 final oyunları isə avqustun 10-11-də, 1/2 final 16-17-də, final 21-də keçiriləcək. aia.az Geri dön |