Ana Sayfa > Karusel / Gündəm > Müdafiə nazirinin müavini vəzifəsindən azad olundu
Müdafiə nazirinin müavini vəzifəsindən azad olundu9-07-2020, 10:45. Yazar: sevinc1 |
![]() Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə general-leytenant Fuad Məmmədov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib. Bu barədə aia.az-a Müdafiə Nazirliyindən məlumat veriblər. Məlumatda bildirilir ki, general-leytenant F.Məmmədov Müdafiə nazirinin əmri ilə nazirlikdə müvafiq vəzifəyə təyin edilib. General-leytenant Nizam Osmanov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifələrinin müvəqqəti icrasına buraxılıb. aia.az Geri dön |