Ana Sayfa > Gündəm / Seçilənlər-3 / Manşet / Karusel > I Avropa Oyunları ilə bağlı Agahlandırma Kampaniyası davam edir - VİDEO

I Avropa Oyunları ilə bağlı Agahlandırma Kampaniyası davam edir - VİDEO


19-06-2015, 11:09. Yazar: admin

Kampaniya zamanı yol təhlükəsizliyini təbliğ edən video-roliklər nümayiş etdirilir.

I Avropa Oyunları ilə bağlı Agahlandırma Kampaniyası davam edir.

Nəqliyyat Nazirliyindən Aia.az -a veirlən məlumata görə, I Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar Nəqliyyat Nazirliyinin üzərinə olduqca böyük məsuliyyət düşür.

Oyunlara hazırlıq prosesində Nəqliyyat Nazirliyi bilavasitə Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsi ilə birgə fəaliyyət göstərir və nəqliyyat-yol kompleksi üzrə öhdəsinə düşən işlərin tələb olunan səviyyədə, yüksək keyfiyyətlə yerinə yetirilməsinə çalışır.

O cümlədən, Oyunlar ərəfəsində və Oyunlar zamanı hərəkətin tənzimlənməsi, keyfiyyətli və təhlükəsiz daşımaların təmin edilməsi məqsədilə Nəqliyyat Nazirliyi BAOƏK ilə birgə Agahlandırma Kampaniyasına start verib.

Həmçinin, ictimai məlumatlığın artırılması, sürücülərin və piyadaların hərəkət zamanı təhlükəsizlik qaydaları haqqında təlimatlandırılması məqsədilə həyata keçirilən kampaniya zamanı həm respublikada fəaliyyət göstərən milli televiziyalar, həm də paytaxtdakı avtobus dayanacaqlarında və Bakının mərkəzində quraşdırılmış böyük monitorlarda mütəmadi olaraq yol təhlükəsizliyini təbliğ edən video-roliklər nümayiş etdiriləcək, şəhərdəki reklam lövhələrinə və avtobus dayanacaqların afişalar vurulacaq, o cümlədən sosial şəbəkələr vasitəsilə də yayılacaqdır.

Ən son məlumatları http://az.baku2015.com veb səhifəsindən,

2015 nömrəli Tamaşaçı Məlumat Mərkəzindən,

Nəqliyyat Nazirliyinin http://mot.gov.az/,

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin http://dyp.gov.az/ və Bakı Şəhər İcra Hakimiyyətinin http://baku-ih.gov.az veb səhifələrindən,

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əlaqə nömrələrindən, həmçinin 107.7 FM radio dalğası (http://niim.az ) və https://www.facebook.com/niim.gov.az?fref+ts facebook səhifəsindən əldə etmək

Qeyd edək ki, 49 Milli Olimpiya Komitəsinin iştirak etdiyi Avropa Olimpiya Komitələrinin 41-ci Baş Assambleyasında 2015-ci ildə ilk Avropa Oyunlarını keçirmək hüququ Azərbaycanın paytaxtı Bakı şəhərinə verilmişdir. Bu tarixi qərarın qəbul edilməsində, əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzu həlledici rol oynamışdır. Çünki Azərbaycan dünya miqyasında özünü dinamik inkişaf edən müasir güclü ölkə kimi təqdim edə bilib və bu gün dünya miqyasında çox etibarlı tərəfdaş və etibarlı dost kimi tanınır.


Geri dön