Ana Sayfa > İdman / Seçilənlər-5 / Manşet / Karusel > Erməniyə qalib gələn Əliyev yarımfinalda – YENİLƏNİB
Erməniyə qalib gələn Əliyev yarımfinalda – YENİLƏNİB18-06-2015, 11:17. Yazar: admin |
Aia.az apasport-a istinadən xəbər verir ki, baş tutacaq 4 çəki ilə pəhləvanların mübarizəsi də yekunlaşacaq. İlk gündə 2 qızıl və 1 bürünc medal qazanan sərbəst güləşçilərimiz bu gün də bütün çəkilərdə təmsil olunacaq. 61 kq çəki kateqoriyasında Avropa Oyunlarını 5-ci pillədə başa vuran və 1/4 finalda erməni Qarik Barsekyanı məğlub edən Yaşar Əliyevin ardınca qardaşı Hacı Əliyev də Ermənistanın təmsilçisi ilə qarşılaşacaq. Avropa və dünya çempionumuz ilk cəhdindəcə Valodiya Franqulyanla münasibətinə aydınlıq gətirəcək. 1/8 final mərhələsinə təsadüf edəcək görüş saat 10:49-da başlayacaq. 70 kq çəki kateqoriyasında Avropa çempionumuz Ruslan Dibirhacıyev Avropa Oyunlarına 1/8 finaldan qatılacaq. 27 yaşlı güləşçimiz bu mərhələdə Miroslav Kirov (Bolqarıstan) – Maqomedmurad Hacıyev (Polşa) cütünün qalibini gözləyir. 86 kq çəki kateqoriyasında Nurmaqomed Hacıyev mübarizəyə 1/8 finaldan başlayacaq. 19 yaşlı güləşçimiz ilk cəhdində bolqarıstanlı Georgi Sredkovla üz-üzə gələcək. Qarşılaşma saat 10:56-da start götürəcək. 125 kq çəki kateqoriyasında Avropa və dünya çempionatının mükafatçısı Camaləddin Maqomedov ilk görüşünü Yonas Rudaviçiusa (Litva) qarşı keçirəcək. Döyüş saat 10:21-də başlayacaq. Qeyd edək ki, sərbəst güləş yarışlarının ilk günündə Toğrul Əsgərovla (66 kq) Xetaq Qazyumov (97 kq) qızıl, Cəbrayıl Həsənov (74 kq) isə bürünc medal qazanıb. Geri dön |