Ana Sayfa > Manşet / Gündəm > Azərbaycanda deputatın rəis oğlu koronavirusa yoluxdu: İdarə karantinə alındı
Azərbaycanda deputatın rəis oğlu koronavirusa yoluxdu: İdarə karantinə alındı8-07-2020, 15:13. Yazar: sevinc1 |
![]() Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi Elşad Məmmədov koronavirusa yoluxub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, rəis bir neçə gündür xəstəxanada müalicə alır. Bildirilib ki, mərkəzin əməkdaşları karantinə alınıb. Qeyd edək ki, Elşad Məmmədov Milli Məclisin deputatı Elman Məmmədovun oğludur. Deputat Oxu.Az-a açıqlamasında məlumatı təsdiq edib: “Üç gündür COVID-19-a yoluxub. Hazırda xəstəxanada müalicəsini davam etdirir”. Deputat qeyd edib ki, E.Məmmədovla birlikdə yaşamadıqları üçün analiz verməyiblər. aia.az Geri dön |