Ana Sayfa > Qərbi Azərbaycan > Ekspert:
Ekspert:8-07-2020, 11:12. Yazar: sevinc1 |
İndi yalnız Azərbaycan deyil, dünyada bir çox ölkələr COVİD-19-un yayılmasının qarşısının alınması üçün yenidən məhdudlaşdırıcı tədbirlər tətbiq edirlər. Bunu Trend-ə tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib. Onun sözlərinə görə, virusun yayılmasının qarşısının alınması üçün Azərbaycanda yoluxmanın qeydə alındığı ilk gündən qabaqlayıcı tədbirlər görülməyə başlanıldı: “Əsas məqsəd insanlarımızı, onların sağlamlığını, həyatını bu xəstəlikdən qorumaqdır. Lakin heç bir ölkə tam şəkildə özünü sığortalanmış hesab edə bilməz. Bu gün pandemiyadan ən çox əziyyət çəkən ölkələr inkişaf etmiş ölkələrdir. Azərbaycanla əhalisi eyni olan bəzi inkişaf etmiş ölkələrdə yoluxanların sayı 60-70 min, ölənlərin sayı isə 10 min nəfərdir”. Azərbaycanda ölüm halının daha az olduğunu söyləyən mütəxəssis qeyd edib ki, ölkədə epidemioloji vəziyyətə uyğun olaraq, məhdudlaşdırıcı tədbirlər görülür. Bu tədbirlərin icrası ilə bağlı qərarlar qəbul olunarkən mövcud vəziyyət dərindən təhlil olunur, mütəxəssislərlə məsləhətləşmələr aparılır. Hazırkı dövrdə əhalinin də qaydalara əməl etməsi baxımından olduqca məsuliyyətli olmasını vacib sayan Y.Abdiyeva əlavə edib ki, mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır. Onun sözlərinə görə, ölkədə COVİD-19-a qarşı mübarizə aparmaq üçün bütün addımlar atılır. Hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar. Onlardan 36-sı son müddət ərzində inşa edilib. Ölkədə ehtiyac yaranacağı təqdirdə 5 mindən çox xəstənin yerləşdirilməsi üçün potensial mövcuddur. aia.az Geri dön |