Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Bakıda ər və arvad dəm qazından boğularaq öldü

Bakıda ər və arvad dəm qazından boğularaq öldü


10-03-2016, 15:58. Yazar: admin


Bakıda dəm qazı daha bir ailə faciəsinə səbəb olub.

Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə martın 9-da Binəqədi qəsəbəsində qeydə alınıb. Qəsəbə sakinləri - Xaliq Rüstəmov, arvadı Aynur, qızı Elnarə və oğlu İlkin mənzillərində dəm qazından zəhərləniblər. Nəticədə ər və arvad ölüb, uşaqları Elnarə və İlkin xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
Geri dön