Ana Sayfa > Qərbi Azərbaycan > Bəhram Bağırzadənin ağciyərlərində əhəmiyyətli yaxşılaşma var

Bəhram Bağırzadənin ağciyərlərində əhəmiyyətli yaxşılaşma var


6-07-2020, 11:22. Yazar: sevinc1
Bəhram Bağırzadənin ağciyərlərində əhəmiyyətli yaxşılaşma var


Əməkdar artist Bəhram Bağırzadənin vəziyyəti ağır olaraq qalır.

Bunu Trend-ə açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev bildirib.

Həkimin sözlərinə görə, B.Bağırzadə tənəffüsü süni ventilyasiya aparatı ilə alır. Huşu aydın, bədən hərarəti isə subfebril rəqəmlərdədir. Bu gün aparılan rentgen müayinəsi zamanı ağciyərlərin vəziyyətində əhəmiyyətli dərəcədə yaxşılaşma qeyd edilir. Hal-hazırda ön plana ikincili bakteriya qoşulması ilə mübarizə çıxır. Bununla bağlı müvafiq təyinatlarda dəyişiklik aparılıb".

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olmuşdu.

aia.az
Geri dön