Ana Sayfa > Parlament > Moped ağaca çırpıldı, ölən və yaralanan var
Moped ağaca çırpıldı, ölən və yaralanan var6-07-2020, 10:15. Yazar: sevinc1 |
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Trend-in məlumatına görə, Nəsimi rayonu, R. Behbudov küçəsində Göyçay rayon sakini, 1996-cı il təvəllüdlü İbrahim Cəfərov idarə etdiyi mopedi ağaca çırpıb. İ.Cəfərov aldığı xəsarətdən hadisə yerində ölüb. Moped zərbənin nəticəsindən yolun kənarında 1992-ci il təvəllüdlü E.Əsgərova dəyib. Yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı Nəsimi rayon Polis İdarəsində cinayət işi başlanıb. aia.az Geri dön |